"İkinci hissədən narazı qaldım" - Sənan Qurbanov

"İkinci hissədən narazı qaldım" -  Sənan Qurbanov
PREMYER LİQA 4 Noyabr 2018 / 20:22 2221
-  A +

“Bu oyuna qələbə üçün çıxmışdıq. 3 xal çox vacib idi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 10-cu turunda “Sabah”a qalib gəldikləri oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Qələbəni şərh edən gənc mütəxəssis komandasının ikinci hissədəki oyunundan narazı qaldığını bildirib: "Orta sahə oyunçularına pressinqlə topu rəqibdən almaq və hücumları başlamaq tapşırığı verilmişdi. Bu, matçın ilk yarısında alındı. Qol imkanları yaratdıq, ikisindən istifadə etdik. Hətta oyunun taleyini də həll edə bilərdik. Fasilədən sonra oyun rəqibin üstünlüyü şəraitində keçdi. İkinci hissədən narazı qaldım. Qarşılaşmanı təhlil edəcəyik. Çalışacağıq ki, belə səhvləri təkrarlamayaq. Vacib olan 3 xalı qazandıq.

Futbolçularımızı təbrik edirəm. Uğursuz oyunlardan sonra heyətə dəyişikliklər etməliydik. Aqil Məmmədovla Ceyms Adeniyi məşqlərdə özlərini yaxşı tərəfdən göstərdilər. Aqil çox istəklidir, Ceymsdə adaptasiya prosesi uzun çəkdi. Artıq komandaya tam uyğunlaşıb. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Komandada rəqabət olmasını istəyirik. Bütün futbolçulara şans verməyə çalışırıq”.
 
Mənbə: gabalafc.az


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki