"Yuventus"un prezidentindən Ronaldoya hədiyyə - şəkillər

"Yuventus"un prezidentindən Ronaldoya hədiyyə - şəkillər
XƏBƏR 4 Noyabr 2018 / 11:45 4912
-  A +

İtaliya A Seriyasının 9-cu turunun “Cenoa” ilə oyununda (1:1) fərqlənərək,  Avropanın top-5 liqasında 400 qol vuran ilk oyunçu kimi tarixə düşən “Yuventus”un hücumçusu Kriştiano Ronaldo mükafatlandırılıb.

Qol.az-ın Turin təmsilçisinin rəsmi “Twitter” səhifəsinə istinadən yaydığı xəbərə görə, dünən “Kalyari” ilə çempionat oyunundan əvvəl portuqaliyalı superulduza klub rəhbərliyi tərəfindən üzərində 400 rəqəmi yazılmış forma hədiyyə olunub. 33 yaşlı futbolçuya mükafatı “qoca sinyora”nın prezidenti Andrea Anyelli təqdim edib.

Qeyd edək ki, “Yuventus” – “Kalyari” oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər