"Ssenarini kim yazıbsa, bunu bilmirik" - Qurban Qurbanov

"Ssenarini kim yazıbsa, bunu bilmirik" - <b style="color:red">Qurban Qurbanov</b>
MÜSAHİBƏ 3 Noyabr 2018 / 21:35 4296
-  A +

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 10-cu turunda Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Biz işə fərqli yanaşırıq, digərləri fərqli. İstər-istəməz oyunçularda gərginlik var idi. Bəzi səhvləri nəzərə almasaq, onlardan razı qaldım. Nazim müəllimə uğurlar arzulayıram. Öz oyun üslubunu tam qaydasına salıb. Bunlar göstərir ki, çempionatda qarşıdakı matçlar daha ağır olacaq. Futbolçuların bugünkü oyunu məni razı saldı.

- Son dəqiqələrdə Kintananı meydana buraxdınız. Onu Poltavadakı görüşdə də görə bilərik?

- Əsas heyətdə deyil, sonradan daxil ola bilər. Yenə də oyunçuların hazırlığına baxacağıq. Orda da məşq olacaq, sonra “18-liy”i quracağıq. Hər oyunçunun iştirak imkanı var.

- Uğursuzluq seriyasına bu arenada son qoydunuz. Oyunun gedişində düşünmədiniz ki, kaş avrokubok matçlarını da burda keçirəydik?

- Belə bir fikir olmadı. Bura uğursuzluğa son qoymaq üçün gəlməmişdik. Ancaq yenə də oyunçular özlərini burda kompakt hiss edirlər. İstədik ki, dəyişik arena olsun, futbolçular fərqli hiss etsinlər. Bura bəlkə daha çox öyrəşiblər. İnşallah, gələn il bir qərar qəbul edərik. Demirəm ki, burda oynasaydıq, fərqli nəticə əldə edərdik. Amma bu stadionun fərqli özəlliyi var.

- “Neftçi”ni keçə bilərsinizmi?

- Bu suala cavab verə bilmərəm. Qarşıda çox oyunumuz var. Futbolçuları bu ağır qrafikdən yaxşı çıxarmağı düşünürük. Bəzən bunlar zədəyə gətirib çıxarır. Qarşımıza məqsəd qoymamışıq ki, mütləq qarşıdakı matçlarda “Neftçi”ni keçməliyik. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdır.

- Bu gün heyəti Poltavadakı görüşü düşünərək qurdunuz?

- Xeyr, daha çox bugünkü oyunu düşünərək.

- “Neftçi” ilə oyundan sonra demişdiniz ki, söz-söhbət gəzir ki, çempionluqdan yorulmuşuq. İctimaiyyətdə isə belə fikir formalaşıb ki, “Qarabağ” geri çəkilib, “Neftçi” çempion olacaq...

- Xeyr, belə bir şey yoxdur. Futbolda bir komandanın 20 il ardıcıl çempion olması kimi bir qanun yoxdur. Biz yorulmamışıq. Ssenarini kim yazıbsa, bunu bilmirik, nə siz, nə mən. Bizim neçə illərdir məqsədimiz yaxşı, intizamlı oyun göstərmək və istənilən halda özümüzü yaxşı aparmaqdır.

- Azarkeşlər Ukraynadakı görüşdən qisas gözləyir...

- Azarkeşlərə həmişə təşəkkür etmişəm. Bizim azarkeşlərimiz “Qarabağ”dan gözləməyib, kimdən gözləməlidir? Biz vicdanla işləməyə, azarkeşlərimizi sevindirməyə çalışırıq. Hardasa alınmır, çatışmayan cəhətlər olur. Amma həmişə yaxşı nəticə qazanmaq, Qarabağın adını, Azərbaycanımızın adını gözəl təmsil etməyə çalışırıq. Uduzanda hamıdan çox bizə pis təsir edir. İnşallah, yaxşı oyun və uğurlu nəticə üçün Ukraynaya gedəcəyik.

- Gərginlikdən danışdınız. Amma bu gün meydanda daha rahat görünürdüz. Bəlkə bu stadion sizə düşür?

- Düşər-düşməz barədə heç vaxt düşünmürəm. Səbəb kimi həmişə nəyisə düzgün etmədiyimizi görürəm. Fərqli aura olması üçün burda oynadıq. Avrokuboklarda neçə illər bu stadionda oynamışıq. Azarkeş toplusu tam fərqlidir. Bu gün stadionda 15 min azarkeş olsaydı, hər şey tam fərqli görünərdi. Olimpiya Stadionu gözəl arenadır. “Çelsi”yə böyük hesabla uduzanda da azarkeşlər razı getmişdilər. 60 min adam həyəcanlanırdı, fərqli fikirlər söyləyirdi. Amma digər oyunda 15 min azarkeşdən o səs hiss olunmurdu. Bu sayda azarkeş “Tofiq Bəhramov”da olsaydı, bəlkə fərqli alınardı. Məğlubiyyətlərimiz var, amma uğura inanmalıyıq. Belə turnirlərdə 2-3 qol epizodu olur, bundan istifadə etmək lazımdır. Azarkeşin, mətbuatın tələb etmək borcudur. Biz də bunu normal qəbul edirik.

 

Daha çox


Son xəbərlər
12.11.18  16:55

"Real"da ciddi itkilər

12.11.18  12:34

Riberi jurnalisti vurdu

12.11.18  02:00

PSJ-dən darmadağın

12.11.18  00:24

"Vorskla" yenə uduzdu