"Zirə"nin "Səbail"lə 6-cı dueli

"Zirə"nin "Səbail"lə 6-cı dueli
PREMYER LİQA 1 Noyabr 2018 / 22:12 1990
-  A +

“Zirə” Topaz Premyer Liqasının X turunda “Səbail”lə qarşılaşacaq.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu mövsümdə ikinci dəfə görüşəcək komandalar ümumilikdə 6-cı dəfə üz-üzə gələcək.

Rəqiblərin əvvəlki 4 qarşılaşması Premyer Liqanın ötən mövsümünə təsadüf edib. Həmin matçlar “Zirə"nin üstünlüyü ilə keçib. Üç qələbə qazanıb, bir dəfə heç-heçə edən bu komanda bütün görüşlərdə rəqib qapısına yol tapıb. Bu üstünlük top fərqində də əksini tapıb – 5:2.

“Səbail”in ilk və yeganə qələbəsi cari mövsüm qeydə alınıb. “Zirə” həmin görüşdə texniki məğlubiyyət alıb. Samir Abasovun kollektivi 3-cü dəfə rəqibini öz meydanında qəbul edəcək. Əvvəlki matçlar hər iki komandanın qol vurması ilə diqqət çəkib. Zirənin eyniadlı təmsilçisi evdə 1 qələbə qazanıb, 1 heç-heçə edib.

Qeyd edək ki, “Zirə” və “Səbail” arasında keçirilən oyunlardakı 7 qola yeddi fərqli oyunçu imza atıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord