"Neftçi" daha iki legionerə qapını göstərdi

"Neftçi" daha iki legionerə qapını göstərdi
ÖLKƏ FUTBOLU 7 İyun 2010 / 10:41 2267
-  A +

Ötən mövsüm "Neftçi"nin heyətində çıxış edən iki futbolçunun – rumıniyalı yarımmüfadiəçi Leonard Naydin və gürcü müdafiəçi Valeri Abramidzenin klubla müqaviləsi başa çatıb. Qol.Az-ın məlumatına görə, "Neftçi" PFK bəyan edib ki, bu futbolçularla müqavilə müddətini uzatmaq marağında deyil və L.Naydinlə V.Abramidze gələn mövsüm flaqmanın heyətində çıxış etməyəcəklər. "Neftçi"yə hansı legioner futbolçuların cəlb olunması ilə bağlı Braziliya və Avstriyada seleksiya işləri aparılıb. Yaxın gələcəkdə klubun rəsmi saytında bu haqda rəsmi məlumat veriləcək. 

Daha çox


Son xəbərlər