«İnter»in yeniyetmə komandası da çempion oldu

«İnter»in yeniyetmə komandası da çempion oldu
XƏBƏR 7 İyun 2010 / 10:38 1951
-  A +

AFFA ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən U-13 liqasının 2009/2010-cu il mövsümünə yekun vurulub. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, «Şəfa» stadionunda keçirilən üçüncü yer uğrunda oyunda «MKT-Araz» 2:0 hesabı ilə «Xəzər-Lənkəran»ı məğlubiyyətə uğradıb. Final qarşılaşmasında isə «Qəbələ» və «İnter» komandası üz-üzə gəlib. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Qalib penalti seriyasında müəyyənləşib. Penalti zərbələrini daha sərrast yerinə yetirən «İnter» rəqibini 3:1 hesabı ilə məğlub edərək U-13 liqasının qalibi adını qazanıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Komandaların üzvlərinə xatirə medalları AFFA-nın baş katibi Elxan Məmmədov və «İnter» klubunun baş məşqçisi Kaxaber Sxadadze tərəfindən verilib. U-13 liqasının qalibi olan «İnter» komandasına kuboku E.Məmmədov təqdim edib.
Turnirin ən yaxşı oyunçusu adına «MKT-Araz» komandasının üzvü Tural Məmmədov layiq görülüb və xüsusi hədiyyə ilə mükafatlandırılıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord