"Sabah"ın yeni transferi Elvin Yunuszadə Qol.az-a müsahibə verib. Debütant komandaya keçidinin səbəbini açıqlayan müdafiəçi ölkə xaricinə yollanmamasına da aydınlıq gətirib.
- "Sabah"a keçidin necə alındı?
- Azərbaycanda başqa klublardan da təkliflər var idi. Ancaq əsas fikrim Avropaya çıxmaq idi. Belə bir imkan da var idi. 4-5 komanda ilə danışıqlar olmuşdu. Əslində Avropa üçün pis variantlar deyildi. Ancaq 1-2 kluba görə onlara "yox" dedim. Sonradan isə həmin komandalarla son məqamda razılıq əldə olunmadı. Daha sonra yerli klublarla danışdım. 4-5 klubu məni heyətinə qatmaq istəyirdi. Ancaq elə oldu ki, "Sabah"la razılığa gəldik, müqavilə bağladım.
- Bəs, bu qədər təklifin ola-ola niyə məhz "Sabah"ı seçdin?
- "Sabah"la müqavilə bağlamağımın əsas səbəblərindən biri bu komandanın yaxşı gələcək vəd etməsidir. Bir də müqavilədə bəzi bəndlər var idi ki, bunlarda razılığa gələ bildik.
- "Sabah"ı seçməyində bu komandanın uğurlu çıxışı da rol oynadımı?
- "Sabah"ı seçməyimdə təkcə komandanın bu mövsümkü çıxışı yox, gələcəyi, oradakı ab-hava, klubun rəhbərliyi, baş məşqçi amili də rol oynadı. Elşad müəllimlə uzun illərdir bir-birimizi tanıyırıq. Onun "Sabah"da olması da seçimimə təsir göstərdi. Ümumiyyətlə, bu komandada çox gözəl kollektiv var.
- Özün də dedin ki, başqa təkliflərin var idi. Bildiyimə görə, Türkiyə variantı daha real idi. Niyə alınmadı: pul, yoxsa başqa səbəblər?
- Türkiyə variantında bir çox şeylər oldu. Açığı, karyeramı düşünüb, pula görə problem yaratmaq istəmirdim. Bəzi məsələlər oldu, amma əsas pul deyildi. Bu gün bir söz dedilər, mən razılıq verəndən sonra fikirlərini dəyişdilər. Hətta təyyarə biletimə kimi alınmışdı. Sabah uçub, müqavilə bağlamalı idim. Ancaq son anda alınmadı. Yunanıstanın "Lamiya" klubundan, Polşadan, İsveçrədən birbaşa təkliflər var idi. Türkiyə variantına görə onlardan imtina etdim. Sonradan isə gec oldu. Məni gözləyəsi deyildilər. Başqa futbolçu aldılar.
- "Qarabağ"dan ayrıldıqdan sonra bir müddət futbolsuz qaldın. Hazırda özünü necə hiss edirsən?
- Düzdür, hardasa 3 aydan çox futbolsuz qaldım. Amma şükürlər olsun. İndi hər şey qaydasındadır. 10 gündən çoxdur məşqlərə başlamışam. Gündə 2 dəfə - səhər və axşam olmaqla, hazırlaşıram. Yavaş-yavaş formaya düşürəm.
- Meydana çıxmaq üçün nə vaxt tam hazır olacaqsan?
- Hələ ki, məşqlərimi edirəm. Dəqiq vaxt deyə bilməyəcəyəm. Hazır olandan sonra baş məşqçi nə vaxt şans versə, çıxıb oynayacağam.
- "Sabah" bu tur səfərdə "Qəbələ"nin qonağı olacaq. Komandan ilk dövrədə bu rəqibi məğlub. Qəbələdəki oyundan nə gözləyirsən?
- İki həftədir komandadayam, hər şey yaxşıdır. Son 2 oyunda qalib gəlmişik. İlk dövrədə olduğu kimi, bu dəfə "Qəbələ"ni məğlub edəcəyimizi gözləyirəm. Amma ağır oyun olacaq. Çünki bu dəqiqə "Qəbələ"yə də qələbə hava-su kimi lazımdır.
Elnur SALAHOV
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol