"Yavaş-yavaş ayağa qalxırıq" - Sertan Taşkın

"Yavaş-yavaş ayağa qalxırıq" - Sertan Taşkın
PREMYER LİQA 31 Oktyabr 2018 / 22:53 3399
-  A +

"Gərgin oyun alındı. Hər iki komandanın qarşılıqlı qolları ilə yekunlaşdı. Bizim də çox şansımız oldu".

Qol.az-ın məlumatına görə, bunu "Keşlə"nin futbolçusu Sertan Taşkın Topaz Premyer Liqasının VII turundan təxirə salınmış oyunda "Qarabağ"la 1:1 hesablı heç-heçədən sonra deyib.

Matçın 79-cu dəqiqəsində komandasının bərabərlik qoluna imza atan 21 yaşlı müdafiəçi bildirib ki, ardıcıl xal itkilərindən sonra əldə olunan bu nəticəni "Keşlə" üçün uğurlu saymaq olar:

"Qarabağ" ölkənin bir nömrəli komandasıdır. Yaxşı nəticə idi. Qalib də gələ bilərdik. Müdafiəçi olaraq qol vurmaq qürurvericidir. Neçə oyundur qol vurmağa çalışırdım. Axır ki, edə bildim. Yavaş-yavaş ayağa qalxırıq. Çox ağır günlər keçirdik. Ümid edirəm ki, yaxşı olar. Tərlan Əhmədovun baş məşqçi vəzifəsinə gəlişinin, hər şeyin təsiri var. Motivasiya və əzmkarlıqla hər şey yoluna düşər".

Qeyd edək ki, bu, "Keşlə"nin yeni baş məşqçisi Tərlan Əhmədovun debüt oyunu olub (Report).


Son xəbərlər