"Qələbə üçün gəlmişdik, alınmadı. Oyun planımızda bir az çətinlik oldu. Belə meydanda oynamaq da çətindir. Heyətdə müəyyən dəyişikliklər var. Maksim məşqdə zədələnmişdi, Donald da zədəli idi. Futbolçular çox əziyyət çəkdi, yorğunluq hiss olunur. Tərlan Əhmədova da qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış görüşdən sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Maksim Medvedev, Donald Gerye və Ansi Aqollinin durumu nə yerdədir?
- Aqollinin "Vorskla” ilə matça yetişmək ehtimalı azdır. Onlarla ilk oyunda zədələnmişdi. Maksimlə bağlı dəqiq məlumat verə bilməyəcəyəm. Boyun nahiyəsindən zədə oldu. Gerye isə ən pis halda "Vorskla” ilə görüşə hazır olacaq.
- Jezniçak sol cinahda başlasa da, Rəşad Sadıqovla matçın gedişatında yerini dəyişdi. Bu, nədən qaynaqlanırdı?
- Sol cinahda hücumlarımız fərqli idi. Rəşadı irəli çıxdığı üçün ora keçirdik. Həm Rahil Məmmədli, həm Rəşad, həm də Jezniçak yaxşı çıxış etdi.
- Yorğunluğun böhrana gətirib çıxarmasından qorxmursunuz?
- Böhran onsuz da yorğunluqdan irəli gəlir. Əvvəllər də belə situasiya ilə rastlaşmışıq. Amma məğlubiyyətləri düzgün qəbul edərək bu səviyyəyə çatmışıq. Hamımız bir olmalıyıq. İçəridəki problemləri görürəm. İnsan yorğun olan zaman istədiyini edə bilməyəndə psixoloji yorğunluq yaranır. Təcrübəli komandayıq, başqa çıxış yolumuz da yoxdur. Yorğun da olsaq, bu qrafikə uyğunlaşmalı və qələbə üçün daha çox əziyyət çəkməliyik.
- Son dəqiqələrdə iki əvəzləmə etdiniz. Ancaq tablodakı problemə görə əvəzləmə yubandı. İtirilən vaxta görə, buna dəyərdimi?
- 79-cu dəqiqədə əvəzləmə olmalı idi. Hakimlər tabloda rəqəmləri yazırdılar. Qoldan həmən sonra əvəzləmə etmək istədim. Bir dəqiqədən çox yubandı.
- Tərlan Əhmədov 4-lü müdafiə oynatması ilə tanınır. Bu dəfə 5-li müdafiə ilə oynamaları sizin üçün gözlənilməz olmadı?
- Gözlənilməz olmadı, amma bunu az ehtimal edirdim. Paltardəyişmə otağında bunu gördük. "Keşlə” ötən illərdə də bu sistemdən ən yaxşı yararlanan komandalardan biri olub. Belə sistemə qarşı oynamışıq. Öz oyunumuzu daha da yaxşılaşdırsaq, istənilən sistemə qarşı oynaya bilərik.
- Qarşıdakı turda "Sumqayıt”la qarşılaşacaqsınız. Onlara qarşı daha da çətin olacağını düşünmürsünüz?
- Ola bilər. İlk oyunda da belə olmuşdu. Oyunlar gərgin, çətin keçir. Futbolçularıma yorulmaq barədə düşünməyi yaxın qoymayacağam. Yorğunluq olsa da, belə matçlara özümüzü hazırlamalı və daha aqressiv çıxış etməliyik. "Sumqayıt”ın oyunçularının fərdi bacarıqlarına görə, maraqlı oyun olacaq (sportnet.az).
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı