Etimad Qurbanov: “Turan”ın bugünkü vəziyyəti məni futbola qaytardı”

XƏBƏR 20 Yanvar 2009 / 19:15 3061
-  A +

Bir мüddət əvvəl futbol karyerasına son qoyaraq “Turan”da məşqçi kimi işləyən Etimad Qurbanov yenidən yaşıl meydana qayıdır. E.Qurbanov Qol.Az-a bildirib ki, “Turan”ın bugünkü vəziyyəti onu futbol oynamağa məcbur edib: “Əslində mən futbolu atmaq istəmirdim. Amma zədəli olmağım məni futboldan uzaqlaşmağa məcbur etdi. Buna görə də məşqçi işləməyə başladım. “Turan”ın bugünkü vəziyyəti isə məni yenidən futbola qaytardı. İstəyirəm doğma komandama kömək edim. Buna görə həm məşqçi, həm də futbolçu kimi “Turan”da işləyəcəyəm”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın