"Neftçi" Zaur Tağızadə və Samir Əliyevlə bağlı rəsmi açıqlama yaydı

"Neftçi" Zaur Tağızadə və Samir Əliyevlə bağlı rəsmi açıqlama yaydı
XƏBƏR 5 İyun 2010 / 17:09 2469
-  A +

"Neftçi" klubu müqavilələrinin müddəti başa çatan Samir Əliyev və Zaur Tağızadə ilə yeni razılaşma imzalamayıb. Qol.Az-ın xəbərinə görə, bununla bağlı bü gün klubun yaydığl rəsmi məlumatda deyilir ki, növbəti mövsümdən etibarən bu futbolçulardan heç biri "flaqman"ın heyətində olamayacaq. Məsələ ilə bağlı komandanın baş məşqçisi Arif Əsədov fikirlərini bildirib: "Bildiyiniz kimi, klub rəhbərliyi bu ildən etibarən strategiyanı dəyişərək, gəncləşdirmə siyasəti aparır. Bu baxımdan Samir Əliyev bizim tələblərimizə uyğun gəlmir. Onunla söhbətimizdə bu fikrimizi bildirdik. Biz onu klubda saxlayıb, daima ehtiyat oyunçular skamyasında oturtmaq da istəmirik. Çünki Samir özü həmişə meydanda olmaq, oynamaq fikrindədir. Zaur Tağızadəyə gəlincə, son vaxtlar ona zədələr çox maneçilik törədir. Tağızadənin xidmətlərinin nəzərə alaraq, ona komandada məşqçi kimi fəaliyyətini davam etdirməyi təklif etmişik. O, bu təklif üzərində fikirləşmək üçün vaxt istəyib. "Neftçi" PFK legionerlərlə bağlı seçimini də davam etdirir. Bu barədə mətbuata açıqlama veriləcək".
 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı