Adrian Neaqa: «Mən bu günü səbirsizliklə gözləyirəm»

Adrian Neaqa: «Mən bu günü səbirsizliklə gözləyirəm»
ÖLKƏ FUTBOLU 5 İyun 2010 / 14:25 3240
-  A +

Bakının «Neftçi» klubunun rumıniyalı keçmiş hücumçusu Adrian Neaqa ikinci dəfə ata olmağa hazırlaşır. Qol.Az-ın Rumıniya mətbuatına istinadən verdiyi məlumata görə, ailənin ikinci övladı oğlan olacaq. Hazırda Yunis adında bir qızı olan Neaqa ikinci övladının dünya gəlməsini böyük səbirsizliklə gözləyir. «Beş il sonra ikinci övladım dünyaya gələcək. Mən indi futbola övladın fərqini daha yaxşı hiss edirəm.»
Xanımı ikinci övladına artıq indidən ad seçsə də, Neaqa bu məsələyə görə tələsmir: «Hələ mən özüm münasib ad tapmamışam. Ən əsası xanımımın və gələcək övladımın sağlamlığıdır».
Xatırladaq ki, «Neftçi» klubu Neaqa ötən mövsümün sonu yollarını ayırıb.

Daha çox


Son xəbərlər