«Qarabağ» avroliqanın hazırlığına başladı

XƏBƏR 5 İyun 2010 / 14:09 1964
-  A +

Bu gün «Qarabağ» 2010-2011-ci mövsümünün hazırlıqlarına başlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın bazasına yığışan futbolçular yeni mövsümün ilk hazırlığına çıxıblar. Avroliqanın 1-ci mərhələsində iyulun 1-də ilk oyununa çıxacaq «Qarabağ» daha erkən hazırlıqlara başlasa da, tam heyətlə məşq edə bilmir. Klubunu 7 futbolçusu əsas millinin heyətində olduğundan komandadan ayrı düşüb. Milli futbolçulara baş məşqçi Qurban Qurbanovun ən azı 1 həftə istirahət verəcəyi gözlənilir. Rəşad Sadiqov və Əfran İsmayılov da zədə səbəbindən komandanın sıralarında deyillər. Legionerlərdən Adamiya artıq məşqlərə başlasa da, Qurban Qurbanov Admir Teliyə vətəninə gec yollandığına görə əlavə bir neçə günlük istirahət verib.
Komandanın Suraxanı qəsəbə stadionunda baş tutan çalışması isə yüngül tempdə davam edib. Sabahdan isə «Qarabağ» gündə 2 dəfə məşq keçəcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı