Qurban Qurbanovun 350-ci oyunu

Qurban Qurbanovun 350-ci oyunu
PREMYER LİQA 29 Oktyabr 2018 / 17:07 1934
-  A +

Topaz Premyer Liqanın 9-cu turunun “Neftçi” ilə qarşılaşması “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan çempionatlarında çalışdırıcı kimi 350-ci matçı olub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, hesabında 206 qələbə və 83 heç-heçə olan 46 yaşlı mütəxəssis 1:3 hesablı yenilgi ilə 61-ci dəfə məğlubiyyət acısı yaşayıb. Onun komandası Premyer Liqada 523 qol vurub, 244-nü buraxıb.

Məşqçiliyə 2006/07 mövsümündə başlayan mütəxəssis karyerasında yalnız iki kluba rəhbərlik edib. Qurbanov ilk oyununu “Neftçi”də keçirib. O, paytaxt təmsilçisini 28, “Qarabağ”ı 322 çempionat matçına çıxarıb.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı