Qurban Qurbanov: «Qarabağ»a əcnəbi yox, yerli futbolçu lazımdır»

Qurban Qurbanov: «Qarabağ»a əcnəbi yox, yerli futbolçu lazımdır»
XƏBƏR 4 İyun 2010 / 19:04 2356
-  A +

«Qarabağ» bütün mövqelərdə rəqabəti artırmaq üçün transfer etmək istəyir». Qol.Az-ın məlumatına görə, bu sözləri klubun rəsmi saytına açıqlamasında baş məşqçi Qurban Qurbanov deyib. Gənc çalışdırıcı mövsümöncəsi transfer siyasəti zamanı yerli futbolçulara üstünlük verəcəyini desə də, legionerin transferini istisna etməyib: «Amma bunun üçün bir şərt var. Bizim yerli oyunçulara üstünlük verdiyimiz məlumdur. Əgər istədiyimiz oyunçuları alsaq, legioner transfer etməyə ehtiyac qalmayacaq. Əks halda, əcnəbilərin xidmətindən yararlanmalı olacağıq. Təbii ki, bu siyahımız da məlumdur. O ki qaldı «İnter»li Rubinsə, etiraf etmək lazımdır ki, latviyalı səviyyəli oyunçudur. Onu Azərbaycanda istənilən məşqçi öz komandasında görmək istəyər. Elə mən də. Amma ilk öncə sıralarımızda görmək istədiyimiz yerlilərlə maraqlanacağıq. Rubinslə ilkin olaraq maraqlanmışıq. Amma məsələ transfer söhbətinə qədər irəliləməyib. İnşallah, «Qarabağ»a uyğun olan futbolçuları transfer etməyə çalışacağıq».

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq