"Qarabağ" uduzdu, "Səbail"dən qələbə

"Qarabağ" uduzdu, "Səbail"dən qələbə
PREMYER LİQA 28 Oktyabr 2018 / 18:59 14230
-  A +

Bu gün Topaz Premyer Liqada 9-cu tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında "Səbail" autsayderlər qrupunda yer alan "Keşlə"ni qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 16-a çatdıran Aftandil Hacıyevin komandası 3-cü pilləyə yüksəlib. 

Turun mərkəzi görüşü isə "Bakcell Arena"da olub. Burada çempionatın lideri "Neftçi" ikinci pillədə qərarlaşan "Qarabağ"ı qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1

Bu komandalar arasında ilk dövrədə "Azersun Arena"dakı görüşdə qalib müəyyənləşməmişdi - 1:1.

Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib.



Topaz Premyer Liqası, 9-cu tur

28 oktyabr (bazar)

17:00. “Neftçi” – “Qarabağ” - 3:1
Qollar:
Abbas Hüseynov, 10-avtoqol, (1:0), Mirabdulla Abbasov, 25 (2:0), Mahir Mədətov, 85 (2:1), Baqali Dabo, 88 (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə  
“Bakcell Arena”

15:00. “Səbail” – “Keşlə” - 2:1
Qollar:
Yevgeni Koçuk, 24 (1:0), Fəhmin Muradbəyli, 29 (2:0), Denis Silva, 90+2 (2:1)
Qırmızı vərəqə: Yevgeni Koçuk, 48-ikinci sarı vərəqə ("Səbail")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
“Bayıl Arena”




27 oktyabr

18:00. “Sumqayıt” – “Qəbələ” - 2:2

16:00. “Sabah” – “Zirə” - 2:1


N

Klublar

O

Q

H

M

T/F

X

1

Neftçi

9

7

1

1

19-7

22

2

Qarabağ

8

5

1

2

14-10

16

3

Səbail

9

5

1

3

11-12

16

4

Sabah

9

5

1

3

8-9

16

5

Sumqayıt

9

3

2

4

10-11

11

6

Qəbələ

9

2

3

4

12-13

9

7

Keşlə

8

1

2

5

7-12

5

8

Zirə

9

1

1

7

7-16

4



Bombardirlər

Marko Deviç ("Sabah") -5 qol
Baqali Dabo ("Neftçi") - 5 qol
İnnosent Emeqara ("Qarabağ") - 4 qol

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı