"Hislərimi cilovlaya bilmədim" - Rauf Əliyev

"Hislərimi cilovlaya bilmədim" - Rauf Əliyev
MÜSAHİBƏ 27 Oktyabr 2018 / 21:47 3669
-  A +

"Qəbələ"nin futbolçusu Rauf Əliyev Topaz Premyer Liqasının 9-cu turunda səfərdə "Sumqayıt"la bərabərə qaldıqları oyundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, ikinci sarı vərəqənin necə aldığı barədə də danışıb.

- Maraqlı oyun oldu. Erkən qollar buraxdıq. Hesabı bərarbərləşdirə bildik. Qələbə qolunu vurmaq şanslarımız da oldu.

- 0:2 hesabı ilə geridə olduğunuz oyundan 1 xal qazanmağı qənaətbəxş sayırsan?

- Yuxarı yerlər üçün oynayırıqsa, bizim üçün yaxşı deyil. Amma sizin dediyiniz kimi yanaşsaq, qənaətbəxşdir.

- “Sumqayıt”ın oyuna yüksək tempdə başlaması sizi sarsıltmadı?

- Yüksək temp deməzdim, sadəcə, standart vəziyyətlərdən qollar vurdular. Buna görə də diqqətli olmalı idik. İlk hissədə bir qol vurmağımız işimizə yaradı. Udmaq şansımız da var idi. Sadəcə, istifadə edə bilmədik.

- Oyunun sonlarında gərgin anlar yaşandı. Ehtiyat oyunçular skamyasında əyləşsən də, sən də qırmızı vərəqə alaraq, meydanı tərk etdin.

- Dördüncü hakim – Ramil Əhmədova dedim ki, Bəhlul Mustafazadəyə verilən vərəqə yanlışdır. Həmin epizodda başqa oyunçu idi və vərəqə yanlış göstərilib. Əhmədov da mənə bildirdi ki, mənimlə niyə qışqıra-qışqıra danışırsan? Buna görə də baş hakim Orxan Məmmədov məni cəzalandırdı. Mən başa düşmürəm ki, o, niyə belə qərar qəbul etdi? Vəziyyəti anlamağa çalışırdım. Mənim dediklərimi necə anladığını başa düşmədim.

- Hakimi təhqir etdin?

- Vərəqədən əvvəl söyüş söyməmişəm. Hakim bildirirdi ki, Rauf mənimlə qışqıra-qışqıra danışır.

- Amma qırmızı vərəqədən sonra deyəsən, nalayiq sözlər işlətdin.

- İkinci sarı vərəqədən sonra hislərimi cilovlaya bilmədim. Orada qaydanı pozan Bəhlul deyildi. Adamı yandıran odur ki, axı mənə niyə ikinci sarı vərəqəni verirsən?

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı