Dünya çempionu olan güləşçimizdən ilk açıqlama

Dünya çempionu olan güləşçimizdən ilk açıqlama
GÜLƏŞ 26 Oktyabr 2018 / 21:23 4192
-  A +

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 55 kq-da dünya çempionu olan Eldəniz Əzizli final görüşündən sonra mundialdakı çıxışı haqqında danışıb.

Qol.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, yunan-Roma güləşçimiz qələbəsini belə şərh edib: "Uğurumun səbəbi baş məşqçi Şaban Donatın düzgün məşq sistemidir. Bütün komanda məşqçilərimizin düzgün məşq sistemi sayəsində yaxşı hazırlıq keçmişdi. İnanıram ki, medalların davamı olacaq. Hər zaman yanımızda olan bütün məşqçilərimizə minnətdarlığımı bildirirəm. Dünya çempionatından əvvəl açıqlanan reytinqdə lider olduğum üçün favorit sayılırdım. Buna baxmayaraq, yarışın stressi var idi. Çünki istənilən halda, bu, dünya çempionatının finalı idi". 

Əzizli bu il çox uğurlu çıxış etməsinin səbəbini belə izah edib: "2-3 il əvvəl çəkiləri dəyişmişdilər. Əvvəlki çəki sistemi mənə bir az ağır gəlirdi. Yenidən öz çəkimi qaytardılar. Allaha şükürlər olsun. Məşqçimiz Turac Hüseynli mənim rəqiblərimdən qat-qat güclü olduğumu deyirdi. Bu da mənə stimul verirdi. Həm əlimdə, həm də dizimdə zədə vardı. Ancaq şükürlər olsun ki, çempion ola bildim. Növbəti hədəfim olimpiya çempionluğudur".

Güləşçimiz qələbəsini bir neçə ay əvvəl vəfat edən jurnalist Akif Şahverdiyevin ruhuna ithaf etdiyini də bildirib.



Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı