Arif Əsədov: «Bəzi futbolçuların «Neftçi»yə transferi ilə bağlı süni reklam aparılır»

Arif Əsədov: «Bəzi futbolçuların «Neftçi»yə transferi ilə bağlı süni reklam aparılır»
XƏBƏR 4 İyun 2010 / 14:28 2082
-  A +

«Neftçi» klubu transfer çalışmalarını davam etdirir. Komandanın baş məşqçisi Arif Əsədovun Qol.Az-a verdiyi məlumata görə, «Neftçi»nin düşərgəsinə gələcək futbolçularla birbaşa müqavilə imzalanacaq. «Biz transfer etmək istədiyimiz futbolçuları görmüşük, onları tanıyırıq və oyunlarına bələdik. Ona görə də onların baxışdan keçməsinə ehtiyac yoxdur». Arif Əsədov braziliyalı futbolçularla müqavilə imzalanacağını söyləsə də, konkret ad açıqlamayıb. Futbolçularla müqavilənin nə vaxt imzalanacağı bilinmir. A.Əsədov bu məsələnin «Neftçi» rəhbərliyinin səlahiyyətində olduğunu deyib: «Mən futbolçuları bəyənmişəm və onlar barədə fikrimi rəhbərliyə bildirmişəm».
Gənc mütəxəssis əcnəbi futbolçularla yanaşı, Azərbaycan milli komandasının bir neçə üzvü ilə də danışıqlar apardıqları vurğulayıb. A.Əsədov son çempionatın bombardiri Fərid Quliyevin «Neftçi»nin transfer siyahısında olub-olmaması ilə bağlı suala isə belə cavab verib: «Kimlərlə müqavilə imlasaq, bu haqda klubumuzun rəsmi saytında məlumat veriləcək. İndidən yalnız onu deyə bilərəm ki, bu gün mətbuatda bəzi futbolçuların transferi ilə bağlı süni reklamı aparılır. Bilmirəm, bu, futbolçuların öz təşəbbüsüdür, yoxsa bunu jurnalistlər edir. Bir daha deyirəm, kiminlə müqavilə bağlasaq, bu haqda rəsmi açıqlama yayılacaq».


Son xəbərlər