"Son nöqtəni qoya bilmədik" - Maksim Medvedev

"Son nöqtəni qoya bilmədik" - Maksim Medvedev
MÜSAHİBƏ 26 Oktyabr 2018 / 00:27 2543
-  A +

“Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda öz meydanında “Vorskla”ya 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, ilk olaraq məğlubiyyəti şərh edib:

- Bu oyun bizim üçün heç də asan olmadı. Ukrayna futboluna bələdik. Fiziki və atletik bir oyun sərgiləyirlər. Sadəcə yaxşı nəticə qazanmağa çalışdıq, lakin alınmadı. Hücumlarımızdan istifadə edə bilmədik. Qol imkanlarımız da oldu. Rəqib bir dəfə əks hücuma çıxdı və öz şansından istifadə edərək bizə qalib gəldi. Görüşün gedişatında çoxlu səhv etdik. Matçı analiz edib, həmin səhvləri təkrarlamamalıyıq. Növbəti oyunlara hazırlaşmalıyıq.

- Sanki komandada bir az psixoloji gərginlik var idi.

- İlk növbədə onu demək istəyirəm ki, "Qarabağ"ın heyətində milli komandalarda çıxış edən futbolçular var. Biz yığmadan dönmüşük və bir az yorğunuq. Amma komandada legionerlər də var. Baş məşqçimiz də bu gün fərqli start heyəti meydana buraxdı. Qıraqdan bəzi şeylər başqa cür görünə bilər. Oyuna yaxşı hazırlaşmışdıq və motivasiyamız da yüksək idi. Sadəcə bugünkü matçda son nöqtəni qoya bilmədik.
 
- Rəqibin bu cür müdafiə olunacağını gözləyirdiniz?

- Oyunun statistikasına baxsaq, bəlkə də topla oynama 65-in 35-ə bizim xeyrimizə olardı. Komandada psixoloji problem olsaydı, bunu edə bilməzdik. Sadəcə son məqamda, son nöqtəni qoya bilmədik.
 
- Son nöqtəni qoymaq üçün futbolçularda təcrübə çatmadı?

- Hər oyun belə problemlərlə rastlaşırıq. Komandada soyuqqanlılıq da çatmadı. Hansısa futbolçu oyunu öhdəliyinə götürsün və hər şeyi etsin. Bunu edə bilmirik.
 
- Komanda qol vurmaqda çətinlik çəkir. Bunu necə dəyərləndirirsiniz?

- Mən deyə bilmərəm ki, hücumda kimsə qol vura bilmir. Ukrayna komandasının bir şansı oldu və qol vurdu. Biz isə 6-7 şans yaratdıq, amma qapıya normal zərbə endirə bilmədik. Ola bilər ki, hansısa məqamda ustalıq çatmır, bəlkə də tələsirik. Futbolçuların üzərində təzyiq var. Ona görə oyunları istədikləri kimi alınmır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı