"Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində 3-cü turunda öz meydanında “Vorskla”ya 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, ilk olaraq matç haqda danışıb:
-
Təbii ki, xal qazanmaq üçün bu gün yaxşı fürsət idi. Amma bundan istifadə edə bilmədik, məğlub olduq. Çox üzgünük. İstəyirdik ki, qələbə qazanaraq, həm özümüzü, həm də azarkeşlərimiz sevindirək. Ancaq bu, baş vermədi.
- Sizcə, bu gün oyununuz niyə alınmadı?
- Artıq bu, ilk hal deyil ki, qapımıza gələn 3 zərbənin 2-3-ü qol və ya 1 zərbənin 1-i qol olur. Paltardəyişmə otağında da bunu düşünürük, hücumlar edirik, oyuna nəzarət bizdə olur, amma qapımıza gələn 1-2 zərbə qola çevrilir. “Arsenal”la oyundan sonra üzərimizdə təzyiq yarandı. Çoxlu şansları boşa vermişdik. Ordan xal qazansaydıq, bu oyuna tam fərqli əhval-ruhiyyədə çıxacaqdıq. Adam heç olmasa, bir az həvəslənərdi. İlk iki turda uduzduq. Özü də çox məyusedici məğlubiyyətlər yaşadıq. Həmin məğlubiyyətlər komandamıza psixoloji cəhətdən pis təsir etdi. Xüsusilə də “Arsenal”a uduzmağımızı deyərdim. “Vorskla” müdafiədən oynadı. Bu gün də heç nədən qol buraxdıq. Qol imkanları yaratsaq da, alınmadı.
- “Qarabağ”la “Arsenal” arasında böyük səviyyə fərqi var. “Arsenal”la oyun sizə niyə pis təsir etdi ki?
- Əlbəttə, səviyyədə fərq var. Sadəcə, oyundan öncə heç özüm də təxmin etmirdim ki, bu qədər şanslarımız olacaq. “Arsenal”a 1-2 qol vursaydıq, tam fərqli mənzərə olacaqdı. Qrupda fərqli yerdə olardıq. Məğlubiyyət uşaqlara pis təsir edir. Onlarda ruh düşkünlüyü yaranır. İlk iki oyunda xal qazansaydıq, bu gün tam fərqli olacaqdı.
- Ötəngünkü dopinq testi və “Səbail”lə oyundakı texniki məğlubiyyət sizə nə dərəcədə təsir etdi?
- Xeyr, mən bunları səbəb gətirmirəm. Bu, fərqli oyun idi. Fikrimiz oyunda idi, köklənmişdik. Bilirdik ki, rəqib kompakt oynayaraq, tempi aşağı salacaq. Biz də səbirli oynamağa çalışırdıq. Ancaq ikinci hissədə buraxdığımız adi qol bir çox şeyi pozdu.
- "Vorskla"nın futbolçusu Mixail Sergeyçuk oyundan öncə bildirmişdi ki, “Qarabağ”ı cinahlarda bağlasaq, qol vurmayacaqlar. Bunu bacardılar?
- Cinahlardan yetərincə asmalar oldu, hücumlarımız oldu. Sadəcə, bu tip oyunlarda qalib gəlmək üçün daha yaxşı olmalıyıq.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı