Millinin baş məşqçisi: “Seçim etmək çətindir”

Millinin baş məşqçisi: “Seçim etmək çətindir”
XƏBƏR 4 İyun 2010 / 12:16 1901
-  A +

İyunun 1-dən etibarən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Sumqayıt şəhərində seleksiya xarakterli təlim-məşq toplanışındadır. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Oliver Pelzer hazırlıq prosesi barədə danışarkən bildirib ki, məşqlərdə əsasən texniki və taktiki hazırlığa üstünlük verirlər: “Eyni zamanda, rəqibin hücumları zamanı müdafiənin qurulması üzərində çalışırıq. Bildiyiniz kimi, Moldovada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəyik. Komandada istedadlı uşaqlar çoxdur. Onların arasından seçim etmək çətindir. Moldovaya gedəcək 18 nəfərlik heyət hələ müəyyənləşməyib. Ötən il həmin turnirdə ikinci olmuşduq. Çalışacağıq ki, bu dəfə daha yaxşı nəticə əldə edək».

Daha çox


Son xəbərlər