Deviç 4-cü dəfə rəmzi komandada

Deviç 4-cü dəfə rəmzi komandada
PREMYER LİQA 25 Oktyabr 2018 / 13:55 1703
-  A +

Topaz Premyer Liqada VIII turun rəmzi komandası açıqlanıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “İnstat sport”un təhlilinə əsasən, “11-lik”də "Sabah"dan 5, "Qarabağ" və "Qəbələ"dən 2, "Keşlə" və "Sumqayıt"dan isə 1 futbolçu yer alıb.

Qeyd edək ki, 5 qolla "Sabah"ın və Premyer Liqanın bombardiri olan Marko Deviç bu mövsüm 4-cü, "Qəbələ"dən Ceyms Adeniyi və "Sumqayıt"dan Şəhriyar Əliyev 3-cü dəfə rəmzi komandaya düşüb. Bundan başqa, "Qarabağ"ın futbolçuları Abdullah Zubir və Mahir Mədətov, "Sabah"ın müdafiəçiləri Vanderson Silva və Novruz Məmmədov 2, Kamran Ağayev ("Keşlə"), Miloş Bosançiç və Filip İvanoviç (hər ikisi "Sabah") isə ilk dəfə rəmzi yığmada yer alıb.

Qapıçı: Kamran Ağayev ("Keşlə")

Müdafiəçilər: Vanderson Silva ("Sabah"), Şəhriyar Əliyev (3) ("Sumqayıt"), Filip İvanoviç ("Sabah"), Novruz Məmmədov (2) ("Sabah")

Yarımmüdafiəçilər: Abdullah Zubir (2) ("Qarabağ"), Ceyms Adeniyi (3) ("Qəbələ"), Miloş Bosançiç ("Sabah"), Mahir Mədətov (2) ("Qarabağ")

Hücumçular: Marko Deviç (4) ("Sabah"), Stiven Monroz ("Qəbələ")


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord