Futbolçusu Syominin əlini sıxmadı - Şəkillər + Video

Futbolçusu Syominin əlini  sıxmadı - Şəkillər + Video
DÜNYA FUTBOLU 25 Oktyabr 2018 / 10:56 3419
-  A +

"Lokomotiv"in futbolçusu Manuel Fernandeş Çempionlar Liqasının 3-cü turunda "Portu" ilə matçda (1:3)  əvəz edildikdən sonra baş məşqçi Yuri Syominin əlini sıxmayıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı yarımmüdafiəçi  66-cı dəqiqədə meydanı tərk edən zaman rus mütəxəssis ona əlini uzatsa da, qarşılıq almayıb. Fernandeş ehtiyat oyunçular skamyasında oturan məşqçi və komanda yoldaşlarını salamlayıb.

Matçdan sonra "Qəbələ"nn sabiq baç məşqçisi olan Syomin bildirib ki, Fernandeşlə aralarında heç bir münaqişə yoxdur: "Mənim üçün bu, heç bir rol oynamır. Stress vəziyyəti, oyunçu əvəz edildi, əlbəttə, o, buna laqeyd olmaya bilər. Fernandeşin bu emosiyası normaldır. O, məni öpsəydi, daha pis olardı".

Fernandeş isə deyib ki, Syominin əlini görməyib: "Mənim Syominlə heç bir münaqişəm yoxdur. O, qarşıdakı matçlara cəmlənib".













Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər