“Rizəspor”da toydur, “Neftçi”nin xəbəri yoxdur

“Rizəspor”da toydur, “Neftçi”nin xəbəri yoxdur
XƏBƏR 4 İyun 2010 / 11:54 2136
-  A +

Türkiyə çempionatının I Liqasında çıxış edən “Çaykur Rizəspor”un futbolçusu Hasan Üçüncü ilə maraqlanan klublar arasında “Neftçi”nin də olduğu bildirilir. Bu haqda “gunebakis.com.tr” saytı xəbər yayıb.

Xəbərdə bildirilir ki, Üçüncünü heyətinə qatmaq istəyən 3 klubdan ikisi Türkiyənin “Mersin İdmanyurdu” və “Orduspor”, biri isə “Neftçi”dir. Lakin 30 yaşlı yarımmüdafiəçi ilk növbədə “Rizəspor”a üstünlük verəcəyini deyib. Əgər bu klub Üçüncünü saxlamaq istəməsə, futbolçu digər təklifləri dəyərləndirəcək.

“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu isə Həsən Üçüncü adlı futbolçunun transfer gündəmlərində olmadığını bildirib. O, təmsil etdiyi klub adından xəbəri təkzib edib (lent.az).

Daha çox


Son xəbərlər