Millimiz və "Xəzər" TV qalmaqal yaratdı

ÖLKƏ FUTBOLU 4 İyun 2010 / 11:32 3258
-  A +

Makedoniya və Azərbaycan milli komandaları arasında mayın 29-da Avstriyada keçirilmiş yoxlama oyunu Makedoniyada qalmaqala səbəb olub. Qol.Az-ın «Mina» beynəlxalq informasiya agentliyinə istinadən verdiyi məlumata görə, oyunun Makedoniyada canlı yayımlanmaması narazılıqla qarşılanıb. Bununla bağlı dərc olunmuş yazıda qeyd edilib ki, Makedoniyada onlarla telekanal olsa da, onlardan heç biri öz milli komandasının oyununu nümayiş etdirməyib. «Makedoniyada insanlar Almaniya, Avstraliya, İngilitərə, İtaliyanın oyunlarını izləyə bilirlər. Təkcə öz doğma komandalarının matçlarından başqa».
Agentlik diqqəti Makedoniya - Azərbaycan matçına yönəldib: «Teletransilasiyası cəmi 10 min avroya başa gələn bu oyunu Makedoniya kanalları yayımlamadı. Əvəzində bizim insanlar sputnik vasitəsilə matçı Azərbaycanın «Xəzər» telekanalında izləmək məcburiyyətində qaldılar. Rumıniya ilə oyun zamanı da analoji hadisə baş vermişdi. Biz görüşü öz kanallarımızda deyil, Rumıniya TV-lərində izləməli olmuşduq».
Makedoniyalı jurnalistlər ölkə telekanallarının bu addımını biabırçılıq və fiasko kimi dəyərləndirib. 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki