Bu adamdan uzaq durun!

Bu adamdan uzaq durun!
DÜNYA FUTBOLU 3 İyun 2010 / 20:19 3505
-  A +

Qari Medel adlı bir çoxunuza yabancı gələ bilər. Onu tanıyınlar isə 1987-ci il təvəllüdlü olduğunu və Çili futbol məktəbinin ən istedadlı nümayəndələrindən biri kimi qəbul edirlər. Qol.Az-ın məlumatına görə, 2008-ci ildə ölkəsində ən yaxşı futbolçu seçilən Qari qısa müddətdə «Universidad Catolica» klubunun və Çili milli komandasının əvəzedilməz futbolçularından birinə çevrilib. Bir neçə ay öncə Avropada «Villareal», «Fiorentina», «Bayer» (Leverkuzen) kimi klubların diqqətini çəkə bilib. Hazırda «Buka Xuniors»un futbolçu olan Qari Çili millisiylə birgə dünya çempionatının final mərhələsində çıxış etməyə hazırlaşır.
O, futbolçu kimi bütün keyfiyyətlərə malikdir. Amma hazırda avropalı agentlər onu «köhnə qitə»yə gətirməyə əvvəlkitək həvəs göstərmirlər. Niyə?
Gəlin, şərhsiz-filansız Qarinin etdiklərinə nəzər salaq, o zaman verilən suala cavab özlüyündə meydana çıxacaq.

DİSKOTEKADA DAVA SALIB (25.05.2007)

Kanadada keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatına getməzdən əvvəl Santyaqoda diskotekada dava salan Qari bədəninin müxtəlif yerlərdən bir neçə ağır zərbə alır. Bu hadisədən bir gün sonra futbolçu baş məşqçi tərəfindən əfv edilir və dünya çempionatına aparılır.
 
HÖKUMƏTLƏRİ AYAĞA QALDIRIB (20.07.2007)

Elə həmin çempionatda Çili komandasıyla birgə dünya çempionatının yarımfinalına yüksəlir. Argentina ilə matçın 15-ci dəqiqəsində yerə yıxılan rəqib futbolçu Merkadonu təpikləyərək qırmızı vərəqə alır. Maçtdan sonra Kanada polisiylə münaqişə yaradan çilili futbolçular saxlanan zaman Qari bədənindəki zərbə izlərini jurnalistlərə göstərərək şikayət edir. Bundan sonra Çili və Kanada hökumətləri arasında qısamüddətli gərginlik yaşanır.
 
KOMANDA YOLDAŞINI KƏLLƏ İLƏ VURUB! (25.08.2007)

«Universidad de Chile» komandasında oynayanda buraxılan qolda səhvi olan Qari komanda yoldaşı Eros Pereslə meydançada münaqişə yaradır və ona kəllə ilə güclü zərbə endirir.

RƏQİBİN ÜZÜNƏ TÜPÜRÜB (01.09.2007)

«Universidad Catolica» - «Deportes Concepcion» qarşılaşmasında Patrisio Almendra adlı futbolçunun üzünə tüpürüb və altı oyunluq cəza alıb.
 
SƏRXOŞ HALDA MAŞIN SÜRÜRƏK QƏZA TÖRƏDİB (26.10.2007)

Avtomobilini nəzarətdən çıxararaq ağaca çırpıb. Maşını sərxoş vəziyyətdə idarə etdiyi aşkarlanıb. Bu olaydan sonra klubu futbolçunu psixoloji yardım almasına kömək edib.

SEVGİLİSİNİ DÖYÜB (27.06.2008)

Medelin sevglisi Fernanda Reyes futbolçunun ona şiddət tədbiq etdiyini iddia edib. 

«YA OĞRU OLACAĞAM, YA DA NARKOTİKA ALVERÇİSİ» (06.01.2009)
 
“Futbolçu olmasaydım, ya oğru, ya da narkotika alverçisi olardım»
 
ÖLÜM İŞİNDƏ ADI KEÇİR (02.02.2009)

18 yaşlı Katalina Reyes Morales Medelin yaşadığı evin eyvanından, doqquzuncu mərtəbədən tullanaraq (və ya itilənərək) dünyasını dəyişir. Medel həmin vaxt evdə olan dörd nəfərdə bərabər pitsa bişirdiklərini və Katalinanın eyvanda olduğunu bilmədiklərini iddiə edib. Bu hadisəylə bağlı istintaq hələ də davam edir…


Son xəbərlər