Fərid Nəbiyev yenə dubl etdi - Çexiyada

Fərid Nəbiyev yenə dubl etdi -<b style="color:red"> Çexiyada </b>
ÖLKƏ FUTBOLU 23 Oktyabr 2018 / 11:33 2203
-  A +

Çexiya Gənclər Liqasında 12-ci turun görüşləri keçirilib.

Qol.az-ın xəbərinə görə, Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın 21 yaşadək futbolçulardan ibarət komandası səfərdə "Viktoriya" ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb.

Praqa təmsilçisinin heyətində qollardan ikisini U-21 millimizin üzvü vurub. Nəbiyev əvvəlcə oyunun 14-cü dəqiqəsində - hesab 1:1 olarkən fərqlənib. Gənc forvard 21 dəqiqə sonra özünün 2-ci, komandasının isə 3-cü qoluna imza atıb. 19 yaşlı futbolçu bu mövsüm vurduğu qolların sayını 8-ə çatdırıb.

Xatırladaq ki, Fərid 8-ci turun "Çeske" ilə oyununda (4:4) da dubl etmişdi.

Qeyd edək ki, Nəbiyevin komandası hazırda 11 xalla 11-ci pillədə qərarlaşıb.

 

Daha çox


Son xəbərlər
17.11.18  02:10

Qol.az 10 yaşında!