"Mançester Siti" Çempionlar Liqasını qazanmağa hazır deyil" - Qvardiola

"Mançester Siti" Çempionlar Liqasını qazanmağa hazır deyil" -<b style="color:red"> Qvardiola</b>
XƏBƏR 23 Oktyabr 2018 / 10:41 1717
-  A +

"Kevin De Bröyne, Kayl Uoker, Bencamin Mendi bizimlə Ukraynadadırlar. Onları da gətirmişik, çünki oynamağa hazırdırlar".

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun "Şaxtyor"la səfər oyunu öncəsi keçirdiyi mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı danışan ispan mütəxəssis komandasının turnirdəki şanslarını da dəyərləndirib. O, bildirib ki, "şəhərlilər" hələ ÇL-i qazanmağa hazır deyil:

"Biz hələ Çempionlar Liqasını qazanmağa hazır deyilik. Təbii ki, bu, mənim şəxsi fikrimdir. Nəyisə yalnız arzulamaq kifayət etmir. Təcrübə, birlikdə hərəkət etmək, azarkeşlərin, mətbuatın, prezidentin və futbolçuların istəkləri də lazımdır. Hər şey birləşməlidir. Təkrar edirəm, biz hələ hazır deyilik, amma həqiqətən yaxşı komandamız var. Çempionlar Liqası çox ciddi turnirdir. Uğura addım-addım yaxınlaşacağıq".

Qeyd edək ki, bu gün keçiriləcək "Şaxtyor" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə 23:00-da başalayacaq.
 

Daha çox


Son xəbərlər
18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi

18.11.18  12:11

Aqil Abbasın təbriki