Lionel Messi İspaniyanın ən yaxşı futbolçusudur

XƏBƏR 3 İyun 2010 / 17:09 1965
-  A +

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Lionel Messi 2009-2010-cu il mövsümündə İspaniyanın ən yaxşı futbolçusu sayılıb. “Marca”nın verdiyi məlumata görə, argentinalı oyunçu Alfredo Di Stefano mükafatı uğrunda mübarizədə hamıdan çox – 34 səs yığıb.

“Real”ın prezidentinin adını daşıyan mükafat münsiflər heyəti üzvlərinin qərarı əsasında verilir. Münsiflər heyətində Alfredo Di Stefanonun özündən başqa Fabio Kapello, Andoni Subisaretta, Luis Suares, Fernando Yerro, Yoxan Kroyff və Zinəddin Zidan kimi şəxsiyyətlər yer alıb.

Qeyd edək ki, Lionel Messi ardıcıl ikinci dəfə Di Stefano mükafatının qalibi olur. İkinci yeri 26 səslə “Real”ın hücumçusu Kriştianu Ronaldu tutub. Üçüncü yerdə 15 səslə Messinin həmklubu Xavi Ernandes qərarlaşıb. Dördüncü yer isə “Real”ın hücumçusu Qonsalo İquainə qismət olub (lent.az).


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi