"Arsenal"dan qələbə

"Arsenal"dan qələbə
DÜNYA FUTBOLU 23 Oktyabr 2018 / 00:53 3395
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, London klubu 9-cu turda "Lester"i qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Arsenal" - "Lester" - 3:1
Qollar:
Belyerin, 31-avtoqol (0:1), Özil, 45 (1:1), Obameyanq, 63 (1:2), 66 (1:3)

Bu qələbə ilə xalını 21-ə yüksəldən Unay Emerinin komandası 9 turdan sonra "Çelsi" və "Tottenhem"lə birgə 3-5-ci pilədə yer alıb. "Mançester Siti" və "Liverpul" hərəyə 23 xalla 1-2-ci pillələri bölüşdürür.


Son xəbərlər