"Mançester Yunayted"lə oyun çətin olacaq" - Ronaldo

"Mançester Yunayted"lə oyun çətin olacaq" - Ronaldo
DÜNYA FUTBOLU 22 Oktyabr 2018 / 23:13 3107
-  A +

"Fərdi mükafatların aludəçisi deyiləm. Son iki ayı bütün diqqətimi "Yuventus"a yönəldərək keçirdim. Burada indidən hər şey mükəmməl gedir. "Mançester Yunayted" çox yaxşı komandadır. Çətin oyun olacaq. Baş məşqçinin istədiyi kimi oynasaq, qələbə qazanmaq şansımız yüksək olacaq".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Mançester Yunayted"lə sabahkı oyun öncəsi keçirilən mətbuat konfransında deyib.


"Real"la "Yuventus"u müqayisə etmək istəmirəm. İkisi də möhtəşəm klublardır. "Mançester Yunayted" və "Real"dan sonra "Yuventus" kimi klubda oynadığım üçün çox xoşbəxtəm. Özümü burada yaxşı hiss edirəm. Hələ uyğulaşmalı olduğum bəzi şeylər var, amma komanda yoldaşlarım mənə çox kömək olur" - deyə o bildirib.

Sabah sabiq klubuna qarşı oynayacaq Ronaldo Mançesterə qayıtmağın onun üçün çox özəl olduğnu söyləyib:  "Burada xüsusilə, Aleks Fergüssonla birlikdə zəfərlərimiz olub. Ona buradan salam göndərirəm. Mənə çox kömək olub".


Son xəbərlər