"Muğan" iki afrikalı futbolçu ilə ilkin razılığa gəlib

XƏBƏR 3 İyun 2010 / 15:37 2005
-  A +

Salyanın "Muğan" klubu yeni mövsüm hazırlıqlarına iyunun ortalarında start verəcək. PFL-in rəsmi saytının klubun mətbuat xidmətinin rəhbəri Rövşən Abdullayevə istinadən verdiyi məlumata görə, Bakıda bir araya gələcək komanda yeni mövsümə hazırlığın ilkin mərhələsini paytaxtda təşkil edəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi isə xarici ölkələrin birində təşkil olunacaq.

Klubun transfer siyasətini açıqlayan R.Abdullayev bunları bildirib: "Demək olar ki, hər mövqeyə futbolçu axtarışlarımız davam edir. Bu günlərdə iki legioner futbolçu ilə ilkin razılığa gəlmişik. Bunlar Afrika qitəsinin milli komandalarında çıxış edən futbolçulardır. Biri hücumçu, digəri isə yarımmüdafiəçidir. Adlarını hələlik açıqlamaq istəmirəm. Amma yenə də bütün mövqelərə futbolçu axtarışlarını davam etdiririk".
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki