"Neftçi" - "Qarabağ" oyunu tez başlayacaq - "El-Klassiko"ya görə

"Neftçi" - "Qarabağ" oyunu tez başlayacaq -  "El-Klassiko"ya görə
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2018 / 14:48 5276
-  A +

Topaz Premyer Liqada 9-cu turun oyunlarının vaxtı müəyyənləşib.

Qol.az-ın  "CBC Sport" telekanalının rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, oktyabrın 27-də start götürəcək turun ilk oyununda "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq. "Sabah" və "Zirə" arasındakı günün digər oyunu saat 18:00-da start götürəcək.

Oktyabrın 28-də isə "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcək. Matç saat 15:00-da başlayacaq.

Turun mərkəzi qarşılaşması hesab edilən "Neftçi" - "Qarabağ" matçı isə saat 17:00-da start götürəcək. Bu görüşün erkən başlaması "El-Klassiko"nun -  "Barselona" - "Real" derbisibin saat 19:15-də "CBC Sport"da canlı yayımlanması ilə bağlıdır.

Daha çox


Son xəbərlər