"Hədəfimiz qrup lideri olmaqdır" - "Sportinq"in baş məşqçisi

"Hədəfimiz qrup lideri olmaqdır" -  "Sportinq"in baş məşqçisi
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2018 / 13:40 1404
-  A +

"Çətin olacağını bilirik, ancaq bu komanda ilə mübarizə aparmaq gücündəyik. Oyuna 100 faiz hazır olacağıq. Təbii ki, bizimlə müqayisədə "Arsenal" daha böyük klubdur. Cütün favoritidilər”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan “Sportinq”in baş məşqçisi Joze Pezeiru deyib.

Portuqaliya klubu oktyabrın 25-də London “Arsenal”ı qəbul edəcək. UEFA-nın rəsmi saytına açıqlama verən 58 yaşlı mütəxəssis  ev oyununda qələbəyə kökləndiklərini bildirib: "Hədəfimiz qrup birincisi olmaqdır. Ev oyununda mütləq qələbə qazanmalıyıq. Bunu bacarsaq, növbəti mərhələyə daha da yaxınlaşacağıq. Məğlubiyyət də bizi yolumuzdan döndərməyəcək".

Qeyd edək ki, “Arsenal” və “Sportinq” 2 oyundan sonra 6 xalla turnir cədvəlinin ilk yerlərində qərarlaşıblar. "Vorskla" və "Qarabağ"ın isə hələlik xalı yoxdur.

Daha çox


Son xəbərlər