Çerçesov “Spartak”ı da çalışdıra bilər

Çerçesov “Spartak”ı da çalışdıra bilər
DÜNYA FUTBOLU 22 Oktyabr 2018 / 13:36 1677
-  A +

Baş məşqçisi Massimo Karrera ilə yolları ayıran Moskva “Spartak”ını Stanislav Çerçesov çalışdıra bilər.

Qol.az-ın xəbərinə görə, bu haqda Rusiya mətbuatı məlumat yayıb. 55 yaşlı mütəxəssis bu vəzifəyə ən əsas namizəd sayılır.

Qeyd edək ki, hazırda Çerçesov Rusiya millisinin baş məşqçisi vəzifəsində işləyir. Rusiya Futbol İttifaqının vitse-prezidenti Sergey Anoxin “Çerçesovun iki işdə (klub və milli) eyni anda işləməsi mümkündürmü” sualına belə cavab verib: “Bu, geniş mövzudur. Bu haqda indi danışa bilmərəm”.


Son xəbərlər