Qurban Qurbanov: «Onlar bizim transfer etmək istədiyimiz futbolçular siyahısında deyil»

Qurban Qurbanov: «Onlar bizim transfer etmək istədiyimiz futbolçular siyahısında deyil»
XƏBƏR 3 İyun 2010 / 15:32 2322
-  A +

«Qarabağ» klubu yay transfer mövsümündə bir neçə futbolçuyla müqavilə bağlamaq fikrindədir. Bu haqda Qol.Az-a komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. O, millimizin kapitanı Rəşad Sadıqovla ilkin razılığa gəldiklərini və futbolçunun böyuk ehtimalla «Qarabağ»la yeni müqavilə imzalayacağını söyləyib. 
Ağdam klubu ilə müqaviləsi başa çatan müdafiəiçi Elnur Allahverdiyevə gəlincə, Q.Qurbanov bildirib ki, bu futbolçuyyla bağlı qərar yaxın günlərdə veriləcək: «Millinin düşərgəsindən qayıtdıqdan sonra Elnurun «Qarabağ»da qalıb-qalmayacağı dəqiq bilinəcək.
Q.Qurbanov bir neçə yerli və əcnəbi futbolçu ilə danışıqlar apardıqlarını desə də, konkret ad açıqlamayıb. Hazırda komandasının istirahətdə olduğunu vurğulayan baş məşqçi bütün transferlərlə bağlı yaxın günlərdə yekun qərar verəcəklərini söyləyib.
Q.Qurbanov «Qarabağ»ın «İnter»in futbolçuları Andrey Rubins və Samir Abbasovla danışıqlar aparmaları barədə xəbərləri təkzib edib: «Onlar bizim transfer etmək istədiyimiz futbolçular siyahısında deyil».

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı