İbrahimoviç dayanmaq bilmir - Video

İbrahimoviç dayanmaq bilmir - Video
VİDEO 22 Oktyabr 2018 / 12:13 3343
-  A +

"Los-Anceles Qelaksi"nin futbolçusu Zlatan İbrahimoviç MLS Liqasında qol seriyasını davam etdirir.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, isveçli hücumçu dalbadal 5-ci matçdır ki, meydanı qolsuz tərk etmir. 37 yaşlı oyunçu son olaraq bu gün "Minnesota"ya 3:1 hesabı ilə qalib gəldikləri görüşdə 1 qol vurub və eyni sayda qol ötürməsi verib.

Qeyd edək ki, Z.İbrahimoviç bu mövsüm 26 matçda 22 qol vurub, 6 qolun ötürməsini verib. O, turnirin bombardirlər siyahısında 2-ci pillədə qərarlaşıb.


Daha çox


Son xəbərlər