Əliyar Ağayev Avroliqanın mühüm oyununda - UEFA-dan təyinat

Əliyar Ağayev Avroliqanın mühüm oyununda - UEFA-dan təyinat
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2018 / 11:38 4528
-  A +

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyununa təyinat alıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, FIFA referisi A qrupunda keçiriləcək "Sürix” (İsveçrə) – "Bayer” (Almaniya) oyununu idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq.

Əlavə edək ki, 2 oyundan sonra "Bayer" və "Sürix" hərəyə 6 xalla birinci-ikinci yerləri bölüşdürürlər. Qarşıdakı oyun qrupun vahid liderinin müəyyənləşməsi baxımından vacib əhəmiyyət daşıyır.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı