"Qarabağ"la oyunöncəsi "Vorskla"da maaş problemi

"Qarabağ"la oyunöncəsi "Vorskla"da maaş problemi
XƏBƏR 22 Oktyabr 2018 / 11:22 1532
-  A +

"Kiyev "Arsenal"ı ilə oyundan sonra bizə pul ödədilər. Sonra isə heç nə olmadı. Prezident və vitse-prezident paltardəyişmə otağına daxil oldu və bizə ödəniş olacağını bildirdilər. Dedilər ki, hər şey sabitdir və narahatlığa heç bir əsas yoxdur".

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vorskla"nın qapıçısı Boqdan Şust deyib. Klubdakı maliyyə çətinliyindən danışan 32 yaşlı qolkiper rəhbərliyin hələ də onlara borcu qaldığını söyləyib:

"Beş ayın maaşını, yaxud da bizə olan borcun yarısını ödədilər. Nə qədər qaldığına baxmaq lazımdır. Amma ən yaxşısı bu sualı rəhbərliyə verməkdir. Avrokuboklara vəsiqə qazandığımız müəyyən məbləğ aldıq. Amma bəzi aylardan rəhbərliyin bizə borcu qalıb. Bildirildi ki, bunun üzərində iş gedir".

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu saat 20:55-də başlayacaq.

Daha çox


Son xəbərlər