Bəzi futbol liqalarında ötən həftəsonu start götürən tura bu axşam keçiriləcək oyunlarla yekun vurulacaq. Onların arasında Avropanın “top liqaları” da var. Günün ən çox maraq doğuran matçı İngiltərə premyer liqasının “Arsenal”-“Lester” görüşüdür. 2 mövsüm əvvəl 124 illik tarixində yeganə çempionluğu qazanan “Lester” artıq o səviyyədə deyil. 8 turda cəmi 12 xal toplayan “tülkülər” hazırda premyer liqada 11-ci sıradadır. “Lester” arxada qalan 8 turda premyer liqada heç-heçə oynamayan 3 komandadan biridir. Digər belə bir komanda isə “Lester”in bu günkü rəqibi “Arsenal”dır. Çoxillik “monarx” Arsen Vengeri Unay Emeri əvəzlədikdən sonra “Arsenal”ın oyununda keyfiyyət dəyişikliyi hiss olunur.
Hazırda 18 xalla 5-ci yerdə qərarlaşan “topçular”ı liderdən 5 xal ayırır. Avroliqada bizim “Qarabağ”ın da rəqibi olan “Arsenal” avqustun 25-dən bu yana bütün turnirlər daxil olmaqla keçirdiyi 9 matçın hamısını qazanıb. Komandanın “Lester” qarşısında da heyrətamiz statistik üstünlüyü var. Belə ki, “Arsenal” düz 45 ildir öz meydanında “Lester”ə uduzmur. Sonuncu dəfə “Lester” “topçuları” səfərdə uzaq 1973-cü ildə məğlub edib. Mövcud durumu nəzərə alsaq axşamkı dueldə “Arsenal”ın aşkar favorit sayılması məntiqəuyğundur.
Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” saat 23-də başlanacaq bu matç üçün əmsalları belə müəyyənləşdirib: “Arsenal”ın qələbəsi 1.50, heç-heçə 4.10, “Lester”in qələbəsi 5.10. Qarşılaşmaya həm “təkli”, həm də canlı mərc etmək olar. Bu görüşdən başqa “Topaz”da daha 3 matça - “Trabzonspor”- ”Ərzurum Büyükşehir” (kod 1147, saat 21:00), “Sampdoriya”-“Sassuolo” (kod 1159, saat 22:30) və “Real Sosyedad” – “Jirona” (kod 1167, saat 23:00) duellərinə də “təkli oyun” statusu verilib.
Ümumiyyətlə, “Topaz” bu gün mərc həvəskarlarına 37 oyun təklif edir. Onlardan 21-nə canlı mərc etmək mümkündür. İstənilən halda qazanmaq öz əlinizdədir. İntuisiyanıza güvənin, oynayın və qazanın.
"Latsio"da yeni baş məşqçi
"Bakı Sportinq" - "Lerik" oyunundakı 5 qol - Video
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Tanınmış klubun 4 xalı silinir
"Şahdağ Qusar"ın qələbəsi - Video
Futboldan ömürlük uzaqlaşdırıldılar - AFFA-dan sərt qərar
Yassin Benzia 5 il yarımdan sonra milliyə çağırıldı
"Şahdağ Qusar" və "Bakı Sportinq"dən qələbə
"Neftçi" - "Spartak" matçının biletləri satışda
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
Lunyov Rusiya yığmasının düşərgəsinə qoşuldu
"Frayburq"da Ştrayx dövrü başa çatır
Ançelotti Arda Güleri təriflədi
İnfantino Türkiyə Superliqasındakı qalmaqaldan danışdı
"Neftçi" - "Spartak" oyununun saatı açıqlandı
"Turan Tovuz" - "Qarabağ" matçını nə qədər azarkeş izləyib?
Kovaçı Hasenhyüttl əvəzlədi
“Qarabağ”dan 21-ci əsrin rekordu
"Traktor" növbəti qələbə ilə 3-cü pilləyə yüksəldi
Coşqun oynadı, "Ümraniyespor" qələbə qazandı
"Bayer" seriyanı davam etdirdi, yeni rekorda imza atdı
"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı
Rahilin komandasından heç-heçə
Musanın komandası finala yüksəldi
"Sabah"ın səfər qələbəsi - Video
"Bunu oturub, başbilənlər fikirləşməlidir" - Samir Abasov
Bəxtiyar Türkiyədə növbəti oyuna çıxdı
"Sabah" 2-ci pilləyə yüksəldi, "Qarabağ"dan qələbə
7 qol vuruldu, "Qalatasaray" qalib gəldi
"Turan Tovuz"un futbolçusunun burnu sınıb
"Qarabağ"ın qələbəsi - Video
İsgəndərli oynadı, "Boluspor" heç-heçə etdi
"Sumqayıt" - "Sabah": Heyətlər açıqlandı
Tovuzda stadion ağzınadək doldu - Video
AFFA-dan “İrəvan” klubu ilə bağlı qərar
"Mançester Siti"dən Edersona yeni müqavilə
U-17 millisi 4 qolla uduzdu