Renat oynadı, komandası kubokda mübarizəni dayandırdı

Renat oynadı, komandası kubokda mübarizəni dayandırdı
XƏBƏR 22 Oktyabr 2018 / 09:49 1293
-  A +

Portuqaliya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, U-21 millimizin üzvü Renat Dadaşovun komandası “Eştoril” öz meydanında “Tondela” ilə qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyası ilə müəyyənləşib. Burda isə daha dəqiq oynayan “Tondela” (5:4) növbəti mərhələyə yüksəlib.

Oyuna ehtiyat oyunçular skamyasında başlayan R.Dadaşov 74-ü dəqiqədə meydana daxil olub. Ona növbə çatmadığı üçün Renat penaltilər seriyasında iştirak etməyib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı