"Qış fasiləsinə qədər sonuncu pillədən qurtulmalıyıq" - Anar Nəzirov

"Qış fasiləsinə qədər sonuncu pillədən qurtulmalıyıq" - Anar Nəzirov
PREMYER LİQA 21 Oktyabr 2018 / 23:09 2161
-  A +

"Məğlub olanda ortaya o qədər şeylər çıxır ki, yəni, hər sözü demək olar. Qış fasiləsinə qədər əlimizdən gələn hər şeyi edib, sonuncu pillədən qurtulmalıyıq. İnanıram ki, belə oyun sərgiləməyə davam etsək, son pillədən uzaqlaşıb, xallar qazanacağıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqada 8-ci turunda səfərdə “Keşlə”yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, məğlubiyyəti belə şərh edib: "Bu futboldur. Yaxşı oynadığımız üçün komandamız sevinir. Amma məğlub olduq. Belə şeylər olur. Növbəti oyunlarda daha yaxşı oynayıb, bu məğlubiyyəti unutdurmağa çalışacağıq. Siz də görürsünüz ki, heyətimiz yenidən formalaşıb. Digər komandalara nisbətən, bizdə gənclərin sayı daha çoxdur. Yəni, təcrübəsiz. Məsələn, “Keşlə” ilə turnir cədvəlində yaxın pillələrdəyik, amma onlarda daha təcrübəli futbolçular var. Həm də heyətdə olmayan futbolçuların da məğlubiyyətə təsiri oldu”.

33 yaşlı qolkiper rəqib futbolçuların vaxtı uzatmaqlarına da münasibət bildirib: "Rəqib qələbə qazanmaq istəyirdi. Mən də hesabda öndə olsam, oyunun sonlarına yaxın vaxt aparardım. Bu da futbolun bir qanunudur. Düzdür, Samir müəllim icazə verməyəcəkdi, amma çalışacaqdım ki, vaxt aparım. Oyunun gedişatı bunu tələb edir. İlk qələbələrini qazandılar. Bunun üçün hər yola əl atırdılar”.

Nəzirov söyləyib ki, “Qarabağ”da başqa bütün komandalardan xal almaq mümkündür: "Hər oyun çətindir. Təkcə “Qəbələ”yə qalib gəlməklə iş bitmir. Bu dəqiqə çempionatda “Qarabağ”dan başqa bütün komandalarla başa-baş mübarizə aparmaq, xal almaq olar. Səkkiz komanda olduğu üçün çempionat çətin keçir. Bu günkü oyunumuza kənardan baxan adam deməzdi ki, biz uduzacağıq. Növbəti turda “Sabah”la çətin oyunumuz olacaq. Premyer liqada debüt etməklərinə baxmayaraq, yaxşı mübarizə aparırlar. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Daha çox


Son xəbərlər