Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
Qol.az-ın məlumatına görə, ikinci yarış günündə 57, 65, 79 və 92 kq-da çıxış edən güləşçilər mübarizə aparır. Təmsilçilərimizdən ikisi ilk, ikisi isə ikinci mərhələdən mundiala start verib.
Georgi Edişeraşvili uğurlu start götürüb. Avropa çempionu gərgin keçən ilk görüşdə Şimali Koreya təmsilçisindən üstün olub. İkinci qarşılaşma ağır keçib. Son dəqiqədə 2 xallıq fəndi hesabına 1/4 finala yüksəlib. Edişeraşvili bu mərhələdə ötən dünya çempionatının finalçısına uduzub.
Hacı Əliyev mundialla erkən vidalaşıb. Bir ay əvvəl Belarusda dizindən zədələnən 3 qat dünya çempionumuz bunun acısını Kuba güləşçisiylə görüşdə çəkib.
Mübarizəyə 1/8 finaldan qoşulan Cəbrayıl Həsənov çətinlik çəkmədən Puerto Riko idmançısına qalib gəlib. Yığmamızın kapitanı 1/4 finalda Belarus təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala adlayan ilk güləşçimiz olub. Finalın bir addımlığında Cəbrayıl əsl əzmkarlıq nümayiş etdirib. İranlı güləşçi 3:0 hesabıyla önə keçsə də, son yarım dəqiqədə möhtəşəm geridönüş edən həmyerlimiz karyerasında ilk dəfə finala yüksəlib. Həsənov sabah finalda amerikalı Kayl Duqlas Deyklə qarşılaşacaq.
Şərif Şərifov 1/8 finalda iranlı rəqibiylə bacarmayıb.
57 kq
1/4 final - Georgi Edişeraşvili - Tomas Gilman (ABŞ) - 0:4
1/8 final - Georgi Edişeraşvili - Sandip Tomar (Hindistan)- *2:2
Təsnifat - Georgi Edişeraşvili - Kumsonq Kanq (Şimali Koreya) - 11:6
65 kq
Təsnifat - Hacı Əliyev - Alexandro Valdes Tobyer (KUBA) - 0:2
79 kq
FİNAL - Cəbrayıl Həsənov - Kayl Duqlas Deyk (ABŞ)
1/2 final - Cəbrayıl Həsənov - İzzətullah Abbas Əkbərizarinkolayi (İran) - *3:3
1/4 final - Cəbrayıl Həsənov - Əli Şabanov (Belarus) - 6:2
1/8 final - Cəbrayıl Həsənov - Ethan Adrian Ramos ( Puerto Riko) - 14:5
92 kq
1/8 final - Şərif Şərifov - Əlirza Məhəmməd Kərimimaçiani (İran) - 0:7
"Latsio"da yeni baş məşqçi
"Bakı Sportinq" - "Lerik" oyunundakı 5 qol - Video
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Tanınmış klubun 4 xalı silinir
"Şahdağ Qusar"ın qələbəsi - Video
Futboldan ömürlük uzaqlaşdırıldılar - AFFA-dan sərt qərar
Yassin Benzia 5 il yarımdan sonra milliyə çağırıldı
"Şahdağ Qusar" və "Bakı Sportinq"dən qələbə
"Neftçi" - "Spartak" matçının biletləri satışda
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
Lunyov Rusiya yığmasının düşərgəsinə qoşuldu
"Frayburq"da Ştrayx dövrü başa çatır
Ançelotti Arda Güleri təriflədi
İnfantino Türkiyə Superliqasındakı qalmaqaldan danışdı
"Neftçi" - "Spartak" oyununun saatı açıqlandı
"Turan Tovuz" - "Qarabağ" matçını nə qədər azarkeş izləyib?
Kovaçı Hasenhyüttl əvəzlədi
“Qarabağ”dan 21-ci əsrin rekordu
"Traktor" növbəti qələbə ilə 3-cü pilləyə yüksəldi
Coşqun oynadı, "Ümraniyespor" qələbə qazandı
"Bayer" seriyanı davam etdirdi, yeni rekorda imza atdı
"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı
Rahilin komandasından heç-heçə
Musanın komandası finala yüksəldi