"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 8-ci turunda "Sumqayıt"a səfərdə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.
- Oyunun gərgin keçəcəyini gözləyirdik. Rəqib hardasa ikinci hissədə bizi üstələdi. Hərçənd, azlıqda oynayırdı. Nazim Süleymanov yaxşı komanda qurub. Futbolçularımız xarakter, mübarizlik göstərdilər və qələbə qazandılar. Buna görə onları təbrik edirəm.
- Rəqibin üstünlüyü 60-cı dəqiqədən sonra özünü göstərdi. Komandada yorğunluq, hərəkətsizlik vardı. Bu, nə ilə bağlı idi?
- Qarşılaşmadan öncə məndən soruşmuşdular ki, futbolçularınız revanşa görə özlərini yandıra bilərlər. Onlarda bu həyəcan vardı ki, qol buraxmasınlar.
- Aldığınız 4 sarı vərəqə də bunun nəticəsi idi?
- Bu da revanş hissi ilə bağlı oldu. Çox sarı vərəqə aldıq.
- Vurğun Hüseynov qırmızı vərəqə almasaydı, "Sumqayıt" daha üstün oynayardı. Bunu düşündünüzmü?
- Elə düşünmürəm. 11-11-ə oynasaydıq, futbolçularımız daha maraqlı oynayırdılar.
- Bəxtiyar Soltanov ötən mövsüm "Xəzər"də I divizionda komandanızın kapitanı, lideri idi. Ancaq indi sonradan meydana girir, qaça bilmir. Doğrudanmı, çempionatlara arasında səviyyə fərqi belə böyükdür, yoxsa problem futbolçudadır?
- Bu iki liqa arasında səviyyə fərqi həqiqətən böyükdür. Bəxtiyarı özüm tanıya bilmədim, bir neçə epizodda Yusif Nəbiyevi necə üstələyə bilmədi. Halbuki, Soltanov sürətli futbolçudur, bundan faydalana bilmədi (sportnet.az).
"Latsio"da yeni baş məşqçi
"Bakı Sportinq" - "Lerik" oyunundakı 5 qol - Video
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Tanınmış klubun 4 xalı silinir
"Şahdağ Qusar"ın qələbəsi - Video
Futboldan ömürlük uzaqlaşdırıldılar - AFFA-dan sərt qərar
Yassin Benzia 5 il yarımdan sonra milliyə çağırıldı
"Şahdağ Qusar" və "Bakı Sportinq"dən qələbə
"Neftçi" - "Spartak" matçının biletləri satışda
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
Lunyov Rusiya yığmasının düşərgəsinə qoşuldu
"Frayburq"da Ştrayx dövrü başa çatır
Ançelotti Arda Güleri təriflədi
İnfantino Türkiyə Superliqasındakı qalmaqaldan danışdı
"Neftçi" - "Spartak" oyununun saatı açıqlandı
"Turan Tovuz" - "Qarabağ" matçını nə qədər azarkeş izləyib?
Kovaçı Hasenhyüttl əvəzlədi
“Qarabağ”dan 21-ci əsrin rekordu
"Traktor" növbəti qələbə ilə 3-cü pilləyə yüksəldi
Coşqun oynadı, "Ümraniyespor" qələbə qazandı
"Bayer" seriyanı davam etdirdi, yeni rekorda imza atdı
"Mançester Yunayted” “Liverpul”u kubokdan kənarlaşdırdı