"Qarabağ"a qalib gəlməyimiz vacibdir" - "Vorskla"nın hücumçusu

"Qarabağ"a qalib gəlməyimiz vacibdir" - "Vorskla"nın hücumçusu
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2018 / 15:03 3012
-  A +

"Bərabər səviyyəli oyun alındı. Nə bizim, nə də "Dinamo"nun çox qol epizodları oldu. Axmaq qol buraxdıq. Belə uduzmaq üzücüdür. Çünki məğlubiyyətə layiq deyildik. Fasilədən sonra da ilk hissədəki kimi oynamalı, rəqibə qol vəziyyətləri yaratmaqğa imkan verməməliydik".

Qol.az-ın məlumatına görə, bu sözləri Ukrayna mətbuatına açıqlamasında "Vorskla"nın hücumçusu Vladislav Kulaç deyib. Premyer Liqanın 12-ci turunda evdə Kiyev "Dinamo"suna 0:1 hesablı məğlubiyyəti şərh edən 25 yaşlı futbolçu bəxt amilindən şikayətlənib. Ukraynalı forvard Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"la keçirəcəkləri oyunun önəminə də toxunub:

"Son oyunlarda bəxtimiz gətirmir. Buna görə də Avropa Liqasında qarşıdakı oyunda qalib gəlməyimiz vacibdir. Hamımız sona kimi vuruşduq. Pis oyun sərgilmədik. Uşaqlara afərin, amma nəticə daha yaxşısını etməli olduğumuzu deyir. Xüsusilə də "Dinamo" ilə oynayanda".

Komandadakı maaş probleminə də aydınlıq gətirən Kulaç artıq hər şeyin qaydasında olduğunu söyləyib.

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu saat 20:55-də başlayacaq.

Daha çox


Son xəbərlər