Di Françesko SSKA ilə oyundan sonra qovula bilər

Di Françesko SSKA ilə oyundan sonra qovula bilər
XƏBƏR 21 Oktyabr 2018 / 13:56 1728
-  A +

"Roma"nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun Rusiya SSKA-sı ilə oyunundan sonra istefaya göndərilə bilər.

Qol.az-ın "Football İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, klubun prezidenti Ceyms Pallotta dünən SPAL-a ev məğlubiyyətindən sonra təcrübəli mütəxəssisi qovmaq istəsə də, köməkçisi Franko Baldininin məsləhəti ilə fikrini dəyişib.

Di Françeskonun taleyi Moskva klubu ilə ev oyunun nəticəsindən asılıdır. Sözügedən matçda istənilən uğursuzluq baş məşqçinin qovulması ilə nəticələnə bilər.

Qeyd edək ki, dünən doğma meydanda SPAL-a 0:2 hesabı ilə uduzan "Roma" 9 turdan sonra 14 xalla 6-cı pillədə qərarlaşıb.

 

Daha çox


Son xəbərlər
16.11.18  16:10

Ramos 100-ə çatdı