"Sadə epizodlarda top itirdik" - Emin Mahmudov

"Sadə epizodlarda top itirdik" - Emin Mahmudov
ÖLKƏ FUTBOLU 21 Oktyabr 2018 / 13:16 1527
-  A +

"Oyuna yaxşı hazırlaşmışdıq, amma təəssüf ki, istəyimizi həyata keçirə bilmədik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov klubun rəsmi saytına açıqlamasında deyib. Topa Premyer Liqanın 8-ci turunda səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları oyun haqda fikirlərini açıqlayan təcrübəli yarımmüdafiəçi komandasının çıxışından razı qalmayıb:

"Qol imkanlarından yararlana bilmədik. Ümumiyyətlə, istədiyimiz oyunu göstərə bilmədik. Sadə epizodlarda top itirdik, mübarizələrdə məğlub olduq. Təəssüf ki, oyunumuz alınmadı. Bu məğlubiyyəti unudub, qarşıdakı oyuna köklənməliyik".

Daha çox


Son xəbərlər