"Bu məğlubiyyət ağır oldu" - "Neftçi"nin hücumçusu

"Bu məğlubiyyət ağır oldu" -  "Neftçi"nin hücumçusu
PREMYER LİQA 21 Oktyabr 2018 / 12:01 2275
-  A +

"Yaxşı hazırlıq keçmişdik. İki həftə məşq etmişdik. Amma bu futboldur, bəzən belə də olur".

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin hücumçusu Kvame Karikari klubun rəsmi saytına açıqlamasında deyib. Topaz Premyer Liqanın 8-ci turunda səfərdə "Qəbələ"yə 1:3 hesablı məğlubiyyəti şərh edən toqolu futbolçu məyus olduqlarını bildirib:

"Bu məğlubiyyəti unutdurmaq üçün çalışacağıq. Gələn oyunda 3 xal qazanmaq üçün əlimizdən gələni etməliyik. Bu mövsüm ölkə çempionatında ilk dəfə uduzduq. Ona görə də bu məğlubiyyət ağır oldu. Qarşıdakı oyunlara daha da yaxşı hazırlaşıb, bugünki səhvləri buraxmamalıyıq. Azarkeşlərimizi üzdüyümüzə görə çox məyusuq. Növbəti turlarda onları sevindirməyə çalışacağıq".

Daha çox


Son xəbərlər