Maynor Fiqero: «Azərbaycanla oyundan nəticə çıxarmalıyıq»

Maynor Fiqero: «Azərbaycanla oyundan nəticə çıxarmalıyıq»
XƏBƏR 3 İyun 2010 / 13:23 1934
-  A +

Honduras yığmasının müdafiəiçisi Maynor Fiqero dünən Avstriyda Azərbaycan millisinə qarşı keçirilən yoxlama oyunu ilə bağlı fikirlərini bildirib. Qol.Az-ın Honduras mətbuatına istinadən verdiyi məlumata görə, o deyib ki, 0:0 hesabı ilə başa çatan bu oyun komandalarının hələ öz üzərində daha çox işləməsinin zəruriliyini ortaya qoyub. Azərbaycan millisi haqda müsbət fikirlər səsləndirən Maynor Fiqero rəqibin sonadək mübarizə apardığını vurğulayıb: «Bu oyunda biz qələbə qazana bilmədik, səhvlərə yol verdik. Buna görə də dünya çempionatının final mərhələsinin başlamasına qədər təhlil aparmalı və Azərbaycanla oyundan nəticə çıxarmalıyıq».
O, yağış yağdığı üçün meydançanın pis vəziyyətə düşdüyünü və bu səbəbdən futbolçuların ehtiyatla oynadığını da deyib. «Rəqibin müdafiəiçisi (Saşa Yunisoğlu - red.) mübarizədə xəsarət alan futbolçumuz Edqarın zədəsinin nə qədər ciddi olub-olmadığını bilmirik. Təəssüf ki, yoxlama oyunlarında da belə hallar baş verir».


Son xəbərlər